Aktyor Cim Kerri qızı Ceyn Erinin bek-vokallarının yer aldığı NFT videosunu yayımlayıb və onu hərracda 50.000 dollardan başlanğıc qiymətə satmaq niyyətində olduğunu bildirib.

"Unikal" Penta-ya istinadən xəbər verir ki, sənətçinin animasiya videosu Goon In Moonlight adlanır, Cim Kerri videonu şəxsən səsləndirib, qızı isə bek-vokalçı kimi çıxış edib.

"Ace Ventura" ulduzu öz NFT obyektini SuperRare auksionunda satmaq niyyətindədir, hərrac avqustun 11-də başa çatır.

Kadrlarda ay işığını əli ilə örtən, sonra isə canavara çevrilən qızın silueti əks olunub. Kerri satışdan əldə olunan gəlirin bir hissəsini təbii fəlakətlərdən sağ çıxan insanları qida ilə təmin edən “World Central Kitchen” xeyriyyə təşkilatına bağışlamaq fikrindədir. 

Əvvəllər Cim Kerri tərk edilmiş sovet sanatoriyasının NFT-ni 40.000 dollara alıb.