İsveçrə Alplarında rekord yüksək temperatur fonunda əriyən buzlaqlar insan qalıqlarını və 1968-ci ildə qəzaya uğrayan təyyarənin qalıqlarını üzə çıxarıb.

"Unikal" xəbər verir ki, bu barədə "The Guardian"ın məlumatında deyilir. 

Qeyd olunub ki, skeletlərdən biri iki fransız alpinist tərəfindən Çessen buzlaqına dırmaşarkən aşkar edilib.

Polis jurnalistlərə bildirib ki, skelet elə həmin gün helikopterlə çıxarılıb.

Ərazidə bir çox səyahətçinin qalxmağa başladığı daxmanın baxıcısının sözlərinə görə, qalıqlar təxminən 10 il əvvəl artıq istifadə olunmayan köhnə cığırın yaxınlığında tapılıb. 

Bundan bir həftə əvvəl Zermatt kurortunun yaxınlığında yerləşən Stoki buzlaqında daha bir cəsəd tapılıb. 

Avqustun əvvəlində dağ bələdçisi Bern Alplarında 1968-ci ilin iyununda Aletş buzlaqı üzərində qəzaya uğrayan təyyarənin qalıqlarını aşkar edib. 

Ağarza Elçinoğlu