Donald Tramp and içərək ifadə verəcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  bu sözləri ABŞ-ın keçmiş Prezidenti Donald Tramp bildirib.

O, Nyu York Ştatında onun şirkəti olan “Trump Organisation” şirkətinin biznes sövdələşmələri ilə bağlı mülki istintaq çərçivəsində and içərək ifadə verəcək.

“Truth Social” sosial şəbəkəsindəki paylaşımında Tramp çərşənbə günü Nyu-Yorkun Baş prokuroru Letitia James ilə görüşəcəyini bildirib.

Əlavə məlumat üçün qeyd edək ki, uzun müddət davam edən mülki təhqiqat keçmiş prezidentin şirkətinin aktivlərin qiymətləndirilməsində kreditorları və vergi orqanlarını aldatdığını yoxlayır.

Aynurə Xudaverdiyeva