Sərbəst güləşçimiz Hacı Əliyev V İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.

"Unikal" xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz yarımfinalda özbəkistanlı Umidjon Jalolovla qarşılaşıb.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn Hacı finala yüksəlib.

Qeyd edək ki, sərbəst güləşçilərimiz Turan Bayramov (74) və Abubakr Abakarov (86) da finala adlayıblar.