"Danimarka Ukrayna əsgərlərinə təlim keçmək üçün Böyük Britaniyaya hərbi təlimatçılar göndərəcək və eyni zamanda Danimarkada ukraynalı zabitlərə təlim keçmək niyyətindədir".

"Unikal" xəbər verir ki, bu sözləri qısa müddət ərzində Danimarkanın Müdafiə naziri Morten Bodskov müsahibəsində jurnalistlərə bildirib.

Nazir "Təlimatçılar sıfırdan məhdud hərbi təcrübəsi olan Ukrayna əsgərlərinə şəhər döyüşləri və taktiki əməliyyatları necə aparmağı öyrədəcəklər",- deyib.

Bodskov, ilk addımın hərbi zabitləri öyrətmək olacağını qeyd edərək, Danimarka torpaqlarında ukraynalı hərbçilərə təlim keçəcəyini bildirib.

Aynurə Xudaverdiyeva