“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı keçirəcəyi oyunların vaxtı məlum olub.

"Unikal" xəbər verir ki, Ağdam təmsilçisinin ilk oyunu avqustun 17-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Görüş saat 20:45-də başlayacaq.

Bu komandalar arasındakı cavab qarşılaşması avqustun 23-də Plzendə olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.