Qrenlandiyanı əhatə edən buz təbəqəsinin sürətlə əriməsi dünyanın ən zəngin adlarını hərəkətə keçirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bir qrup multimilyarder artıq yaşıl enerjiyə keçidi təmin edə biləcək kritik mineralların axtarışı üçün buzlaqların əridiyi geniş ərazilərə sərmayə qoyub.

Aralarında Jeff Bezos, Michael Bloomberg və Bill Gates də daxil olmaqla bir qrup multimilyarderlər Qrenlandiyanın Disko adası və Nuussuaq yarımadasının səthindəki buzlaqların sürətlə əridiyi təpə və vadilərə milyardlarla dollar sərmayə yatırıb.

Aynurə Xudaverdiyeva