Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 46 m² olan üçotaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, yüksək temperaturdan 1 ədəd pəncərə çərçivəsi qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.