Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın mühafizə rejimini pozan şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva "Unikal"a bildirib ki, araşdırma zamanı qanun pozucusunun Masallı rayon Təzəkənd kənd sakini Cəbrayıl Abıyev olduğu müəyyən edilib və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.