Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya hərbi, humanitar və iqtisadi yardımların göstərilməsini müzakirə ediblər.

"Unikal" xəbər verir ki, bu barədə Yelisey sarayının yaydığı bəyanatında deyilir.

Ukrayna münaqişəsi fonunda ərzaq böhranını müzakirə edən liderlər taxılın dəniz yolu ilə ixracına dair Avropanın səylərini dəstəklədiklərini bildiriblər. 

Tərəflər Tayvan ətrafındakı vəziyyəti də müzakirə edərək, bu mövzuda “Yeddilik” ölkələrinin birliyini qeyd edərək, Çinin hərəkətləri və lazımsız eskalasiya riski ilə bağlı ümumi narahatlığı ifadə ediblər. Bundan əlavə, Conson və Makron La-Manş boğazında qanunsuz miqrantlarla mübarizə məqsədilə ikitərəfli əməkdaşlığın gücləndirilməsi və tezliklə Britaniya-Fransa sammitinin keçirilməsi məsələsini qaldırıblar.