"Pogues" qrupunun basçısı Darryl Hunt 72 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, qrup bu barədə öz Twitter səhifəsində məlumat verib.

"Biz inanılmaz dərəcədə kədərlənirik. Darrilimiz dünən günortadan sonra Londonda vəfat edib", - mesajda deyilir.

Musiqiçi və bəstəkar 4 may 1950-ci ildə Hempşirdə anadan olub. 1986-cı ildə The Pogues ilə qrup karyerasına basçı kimi başlamazdan əvvəl o, Plummet Airlines və The Favourites rok qruplarının üzvü olub.

Pogues 1982-ci ildə Londonda Shane McGowan tərəfindən yaradılmış və 1980-ci illərin ikinci yarısında məşhurlaşan ingilis-irland folk punk qrupudur. 2015-ci ilin dekabrında McGowan qrupun artıq fəaliyyət göstərmədiyini və 2013-cü ildə İrlandiya və Böyük Britaniyada son şoularını nümayiş etdirərək mövcudluğunu dayandırdığını elan etdi.