Robert Koch İnstitutu (RKİ) Almaniyada 4 yaşlı uşaqda meymunçiçəyi virusunun aşkar edildiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, dünyada sürətlə artan meymunçiçəyi virusu Almaniyada uşaqlarda yayılıb.

Robert Koch İnstitutundan (RKİ) edilən açıqlamada, meymunçiçəyi virusunun Pforzheim şəhərində 2 yoluxmuş yetkinlə yaşayan 4 yaşlı qızda aşkar edildiyi bildirilib. Xəstəliyin diaqnozu üçün asemptomatik elan edilən uşaqdan PCR testi götürülüb. Uşağın evdə yaşayanlardan başqa heç kimlə təmasda olmadığı qeyd edilib.

Son 3 ayda ilk meymunçiçəyi virusuna rast gəlinən Almaniyada RKI tərəfindən ümumi yoluxma sayı 2 min 916 olaraq açıqlanıb.

Ölkədə yoluxma halların yalnız 7-i qadınlarda müşahidə olunub. RKİ həmçinin bildirib ki, "Mövcud məlumatlara görə, patogenin ötürülməsi üçün yaxın təmas lazımdır. Yoluxmuş insanların əksəriyyətində xəstəlik ağır keçmir".

Ötən həftələrdə RKI meymunçiçəyi virusunun 15 və 17 yaşlı 2 gəncdə aşkar edildiyini açıqlamışdı. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iyulun 23-də meymunçiçəyi virusuna görə Beynəlxalq İctimai Sağlamlıq Təcili (PHEIC) elan etdikdən sonra, ABŞ meymuniçəyi virusu epidemiyası ilə əlaqədar avqustun 4-də ictimai səhiyyədə fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı meymuna yoluxma hallarının çox az hissəsinin uşaqlarda olduğunu, ABŞ-da isə bu günə qədər 5 uşaqda virusun aşkar edildiyini açıqlayıb.