Rusiyanın Stavropol vilayətində yeniyetmələr qumbara ilə partlayış törədiblər.

"Unikal" xəbər verir ki, uşaqlar Tambukan fermasının ətrafında gəzintiyə çıxıblar.

Daha sonra Milli Qvardiyanın təlim poliqonuna gediblər. /Qorunmayan poliqonda heç kimin olmadığından azyaşlılar ərazidə gəzişməyə başlayıblar. Onlar çuxurda çox sayda piyada əleyhinə qumbara tapıblar.

Bir az sursat götürən uşaqlar “döyüş oyunu” oynamağa başlayıblar. Daha sonra səkkiz qumbaranı da özləri ilə götürüb uşaq meydançasına gediblər. Meydançada bəzi qumbaraları söküblər, bəzilərinin isə barıtını boşaldıb yandırıblar. Nəticədə partlayış baş verib.

Yoldan keçən iki uşaq yaralanıb. Baş, boyun və ətraf nahiyələrindən xəsarət alan uşaqlar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.