Türkiyə nümayəndə heyəti F-16 qırıcılarının alınmasını müzakirə etmək üçün gələn həftə Vaşinqtona səfər edəcək.

"Unikal" "Sabah"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, nümayəndə heyəti gələn bazar ertəsi ABŞ rəsmilərinin dəvəti ilə Vaşinqtona gədəcək. Eyni zamanda o, Ankaranın bəzi Konqres üzvləri tərəfindən axtarılan satış şərtlərinə qəti şəkildə qarşı çıxdığını vurğulayıb.

“Biz bu şərtləri qəbul edə bilmərik. Biz Senatın onları rədd etməsini istəyirik”, - deyə Akar bildirib.

Gültəkin Ələsgər