Qrenlandiyada meymunçiçəyi infeksiyasının ilk iki halı qeydə alınıb.

"Unikal" KNR telekanalına istinadən xəbər verir ki, Qrenlandiya hakimiyyət orqanlarınn verdiyi açıqlamaya görə, xəstələr Thule Hərbi Hava Qüvvələri Bazasının əməkdaşlarıdır.

Onlar hazırda başqalarının sağlamlığı üçün təhlükə yaratmayana qədər orada təcrid olunurlar. Mütəxəssislərin fikrincə, hələlik infeksiyanın yaşıl adanın digər ərazilərinə keçməsi təhlükəsi yoxdur.

Yoluxmuş şəxslərdən biri bu yaxınlarda Qrenlandiyaya gəlmişdi və heç bir əlaməti yox idi: yüksək hərarət, titrəmə, baş ağrısı, limfa düyünlərinin şişməsi və qabarıq səpgi. Xəstəliyin özü iki həftədən dörd həftəyə qədər davam edə bilər.

Monkeypox nadir viral xəstəlikdir, əsasən vəhşi heyvanlardan (gəmiricilər, primatlar) insanlara ötürülür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, meymunçiçəyi xəstəliyinə yoluxma hallarının ölüm nisbəti adətən 1% ilə 10% arasındadır, ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir. ÜST-nin məlumatına görə, çiçək xəstəliyinə qarşı vaxtında peyvənd 85% hallarda meymunçiçəyi virusuna yoluxmadan qorunma təmin edir. Əvvəllər peyvənd olunmuş insanlarda xəstəlik daha yüngül keçir.