Bakıda yol qəzası baş verib.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda “VAZ” və "Nissan" markalı iki minik avtomobili toqquşub.Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan “VAZ” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.