Rusiyalı iş adamı Roman Abramoviç sanksiyalara görə Böyük Britaniyadakı əmlakını sata bilməz.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, onun Britaniya banklarındakı hesabları da dondurulmuş vəziyyətdədir.

Biznesmenin Kensinqton rayonunda malikanəsi və Londondakı Chelsea Waterfront yaşayış kompleksində penthaus satmaq imkanı yoxdur. O, həmçinin Evraz mədən və əritmə şirkətindəki payını (28,64%) sata bilmir. Abramoviç sanksiyalar siyahısına daxil edildikdən sonra London birjasında şirkətin səhmlərinin qiyməti 87% ucuzlaşıb.