Konyada mütəşəkkil sənaye zonasında yerləşən boya fabrikində genişmiqyaslı yanğın baş verib.

"Unikal" xəbər verir ki, yanğın mərkəzi Səlcuqlu mahalı, Büyükkayacık Mahallesi Mütəşəkkil Sənaye Bölgəsində Evrenköy küçəsində yerləşən boya fabrikində başlayıb.

Zavodda pyanğınla əlaqədar partlayışlar da baş verir.  Yanğına Konya Xilasetmə İdarəsi və Mütəşəkkil Sənaye Bölgəsi yanğınsöndürənləri müdaxilə edib. Yanğınsöndürmə işləri davam edir. Polis qrupları fabrikin yerləşdiyi küçəyə birləşəb bəzi yollarda nəqliyyatın hərəkətini dayandırıb.