Ukraynada Türkiyənin Bayraktar pilotsuz uçan aparatlarının istehsalı zavodunun tikintisi bir neçə ay çəkəcək və işə salınması 2023-cü ilin sonuna qədər mümkündür.

"Unikal"  Ukraynanın Rada telekanalına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bildirib.

"Tikinti bir neçə ay çəkə bilər və zavodun işə salınması 2023-cü ildə, bəlkə də sonunda ola bilər" dedi.

Bodnar bir gün əvvəl Türkiyənin “Baykar Makina” şirkətinin Ukraynada “Bayraktar” pilotsuz uçan aparatlarının istehsalı zavodunun tikintisi üçün torpaq sahəsi aldığını bildirib.

İyulun 19-da Ukrayna Nazirlər Kabineti Türkiyə ilə yüksək texnologiyalar, aviasiya və kosmos sahələrində əməkdaşlığa dair sazişin ratifikasiyasına dair qanun layihəsini təsdiqləyib ki, bu da Ukraynada Bayraktarın istehsalı və texniki xidməti üzrə zavodun tikintisinə imkan verəcək.

Fevralın 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kiyevə səfər edib. Onun səfəri zamanı səkkiz dövlətlərarası sənəd, o cümlədən yüksək texnologiyalar, aviasiya və kosmik sənaye sahələrində əməkdaşlığa dair çərçivə sazişi imzalanıb.