Rusiyanın dövlət neft gəmiçiliyi şirkəti Transneft Ukraynanın neft daşıma şirkəti Ukrtrasnafta ilə ödəniş problemi səbəbilə Drujba boru kəmərinin cənub hissəsi ilə Macarıstan, Çexiya və Slovakiyaya neft nəqlinin dayandırıldığını açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Transneft-in sözçüsü İqor Demin İqor Demin bildirib.

"Ukrtransnafta avqustun 4-də saat 06.10-da Drujba neft kəmərinin cənub qolundan Macarıstan, Çexiya və Slovakiyaya nəqli tamamilə dayandırıb. Bununla belə, Belarus vasitəsilə Polşa və Almaniyaya daşımalar davam edir", - Demin bildirib.

Ukrayna şirkətinin ödənişi 100% qabaqcadan aldıqdan sonra neft nəqli xidmətləri təklif etdiyinə diqqət çəkən Demin, "Ancaq tranzit ödənişi Ukrayna ərazisindən həyata keçirilərkən pul Transneftin hesabına qaytarılıb. Qazprombank bizə bildirdi ki, Aİ qaydalarının, yəni 7-ci sanksiya paketinin qüvvəyə minməsi ilə əlaqədar ödəniş geri qaytarılıb”.

“Sputnik Türk”də yer alan xəbərə görə, Ukrtansnafta-nın göstərilən xidmətlər üçün əvvəlcədən ödəniş ala bilmədiyi üçün xidmətləri dayandırdığını söyləyən Demin, Rusiya Energetika Nazirliyi və əlaqədar Rusiya təşkilatları ilə yanaşı, Ukrtransnafta-nı xəbərdar etdiklərini bildirib.