“Bizə Birləşmiş Krallığın müvafiq orqanlarından ilkin məlumat verilib. Həmin qurumlar bu məsələ ilə çox ciddi məşğuldurlar”.

"Unikal" “Haber Global”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Birləşmiş Krallığın Bakıdakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılmışdı. Onunla hərtərəfli, ciddi söhbətimiz olmuşdu. Birinci məsələ ondan ibarətdir ki, bizim Böyük Britaniyadan gözləntimiz ilk olaraq Azərbaycan qarşı belə halların təkrarlanmamasına dair zəmanətlərin verilməsidir. Bu Birləşmiş Krallığın Vyana Konvensiyasına əsasən öhdəliyidir. Diplomatik missiyaların, diplomatların təhlükəsizliyinin, toxunulmazlığının qorunması, Vyana Konvensiyasının əsasən, hər bir qəbul edən tərəfin birbaşa məsuliyyətidir”, - nazir vurğulayıb.