Laçının işğalı və yağmalanmasından sonra Yaxın Şərqdən olan ermənilər qanunsuz olaraq bu ərazilərdə məskunlaşdırılıblar.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev “Twitter“ hesabındakı paylaşımında qeyd edib.

Hikmət Hacıyev “The Times” nəşrinin işğalla bağlı reportajını da paylaşıb.

“Ermənistan tərəfindən 1992-ci ildə Laçının Zabux kəndinin qanunsuz işğalı, yandırılması və yağmalanması ilə bağlı Robert Siilinin "The Times" reportajı. İşğaldan sonra Yaxın Şərqdən olan ermənilərin qanunsuz məskunlaşdırılması aparıldı. Əlyazmalar yanmır”, - Prezidentin köməkçisi vurğulayıb.