Pakistanda hərbi kolona bombalı hücum edilib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın Hayber Paxtunxva əyalətinin Mir Əli bölgəsində baş verən partlayış nəticəsində 4 əsgər həlak olub.

Pakistan Silahlı Qüvvələrinin mətbuat xidmətinin açıqlamasında əsgərlərinin qisasının terrorçulardan alınacağı və faktla bağlı araşdırmanın başlanıldığı qeyd olunub. 

Ağarza Elçinoğlu