"Xüsusi əməliyyata görə bütün Rusiya əhalisinin cəzalandırılmasını təklif edən Ukrayna prezidenti Volodimir Zelenskinin sözləri Adolf Hitlerin ideyalarına bənzəyir".

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında yazıb.

"Adolf Hitler sonuncu dəfə bütöv bir xalqa münasibətdə belə ideyaları həyata keçirməyə çalışmışdı", - Medvedev qeyd edib. 

Bundan əvvəl Zelenski Qərb ölkələrini bütün rusların ölkəyə girişini qadağan etməyə çağırmışdı. 

Ağarza Elçinoğlu