Dünyada koronavirusa yoluxanların sayı 580 milyonu keçib.

"Unikal" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, hazırkı dövrədək koronavirusa 581 686 197 nəfər yoluxub. Onlardan 6 410 961 nəfəri vəfat edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.