Tonqa Krallığının şimal-şərq sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Avstraliyanın Dövlət Geoloji Bürosundan məlumat verilib.

Məlumata əsasən, yeraltı təkanların episentri Haapay adalarından 20 kilometr şərqdə, ocağı isə 32 kilometr dərinlikdə yerləşib.