"Grease" muzıklı sayəsində geniş populyarlıq qazanan aktrisa və müğənni Oliviya Nyuton-Con 74 yaşında ABŞ-da vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə TMZ onun əri Con İsterlinqə istinadən xəbər verib.

Onun sözlərinə görə, sənətçi avqustun 8-i bazar ertəsi səhər saatlarında Cənubi Kaliforniyadakı ranşosunda ailəsi və dostlarının əhatəsində dünyasını dəyişib.

Nyuton-Con 30 ildən çox döş xərçəngi ilə mübarizə aparırdı. Ölümün konkret səbəbi açıqlanmayıb. Bununla belə, aktrisaya yaxın mənbə nəşrə verdiyi müsahibədə "metastatik döş xərçəngi ilə mübarizəni uduzduğunu" bildirib.

Oliviya Nyuton-Conun Con Travolta ilə birlikdə oynadığı "Grease" muzıklı  1978-ci ildə buraxılıb.