ABŞ Müdafiə Nazirliyi Ukraynaya yeni 1 milyard dollar dəyərində hərbi yardım paketini açıqlayıb.

"Unikal" xəbər verir ki, yeni silah paketinə yüksək hərəkətli artilleriya raket sistemləri (HIMARS) üçün daha çox döyüş sursatı, 155 mm-lik artilleriya üçün 75 000 mərmi, Milli qabaqcıl yer-hava raket sistemləri (NASAMS) üçün döyüş sursatları, həmçinin 1000 ədəd “Javelin” tank əleyhinə sistem və yüzlərlə “AT4” zenit-raket qurğusu daxildir.