“Birlik və bərabərliyin rəmzi olan Aşura günü və Məhərrəm ayının İslam dünyası üçün xeyirlərə vəsilə olmasını diləyirəm”.

"Unikal" türk mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında yazıb.

O, şəhadətinin ildönümündə şəhidlərin ağası, peyğəmbərimizin nəvəsi həzrəti Hüseyn və Kərbəla şəhidlərini rəhmətlə yad etdiyini bildirib.