Yumorist Maksim Qalkinin Latviyada keçirilən konsertində dava düşüb. Konsert yarımçıq dayandırılıb. 

"Unikal" xəbər verir ki, bu barədə jurnalist Mixail Şahnazarov özünün Telegram kanalında video paylaşıb. 

“Qalkinin konsertində dava. Baxmağı məsləhət görürəm”, - deyə Şahnəzərov yazıb.

Kadrlarda Qalkinin tamaşaçılar arasında baş verən davaya görə Dzintari zalında çıxışını necə yarımçıq qoyduğu əks olunub. O, tamaşaçıları fasiləyə çıxmağa dəvət edib.

Qeyd edək ki, Qalkin və həyat yoldaşı Alla Puqaçova bir neçə həftədir ki, Latviyadadır. Əvvəlcə Primadonna uşaqlarla Yurmalaya gedib, sonra əri də ona qoşulub. İndi Qalkin xaricdə tamaşalar aparır. Bundan əvvəl ulduz cütlük bir neçə ay İsraildə yaşayıb.