Lənkəranda ağır yol qəzası baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Astara yolunun rayonun Vel kəndindən keçən hissəsində qeydə alınıb.
“VAZ 2107” markalı avtomobilin idarəetməndən çıxaraq yol kənarındakı daş hasara çırpılması nəticəsində üç nəfər xəsarət alıb. Onlar təcili yardımla Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan ikisinin orada öldüyü bildirilir.

Məlumata görə, qəzaya düşənlər Lənkəran rayonu Səpnəkəran kənd sakinləridir.

Faktla bağlı araşdırma aparılır.