Ukraynanın müdafiə naziri Aleksey Reznikov və Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanova sui-qəsd hazırlamaq istəyən şəxs ələ keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, sui-qəsd planı hazırlayana qarşı əməliyyat keçirilib. Nəticədə Rusiyanın təxribat-kəşfiyyat qrupu zərərsizləşdirilib.

Məlumata görə, Reznikov və Budanovu öldürənlərə 100-150 min dollar mükafat vəd edilib.