İranda ötən sutka ərzində 3 379 nəfər koronavirusa (COVID-19) yoluxub, 54 nəfər ölüb.

"Unikal"ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 142 515 nəfərə çatıb, yoluxanların sayı isə 7,44 milyondan çoxdur. Virus daşıyıcılarından 1 493 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 7,1 milyon nəfərdən çox şəxs koronavirusdan sağalıb, 53,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 153 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 30,3 milyon təşkil edir.