Komi Respublikasında "Cessna" yüngül təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb. 

"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib.

"Cessna yüngül təyyarəsi eniş zamanı qəzaya uğrayıb. Təyyarədə olan 3 nəfər həlak olub", - deyə qeyd olunub. 

Hazırda qəzanın hansı şəraitdə baş verməsi araşdırılır.

Ağarza Elçinoğlu