Azərbaycan Mərkəzi Bankının (AMB) “Kapital bazarına nəzarət departamenti”nin adı “Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamenti”nə, “Korporativ İdarəetmə Departamenti”nin adı “Korporativ idarəetmə və katiblik departamenti”nə dəyişdirilib. 

"Unikal" xəbər verir ki, bu barədə AMB-nin məlumatında bildirilib. 

Qeyd olunub ki, bundan başqa, AMB-nin Maliyyə Monitorinqi Bölməsinin bazasında Maliyyə Monitorinqi Departamenti, əlavə olaraq Strateji və Layihə İdarəetməsi departamenti və Rezolyusiya şöbəsi yaradılıb. 

Korporativ İdarəetmə Departamentinə rəhbərlik edən Arif Şirəliyev vəzifəsindən azad edilərək Strateji və Layihə İdarəetməsi departamentinin rəhbəri təyin olunub.