“Nar” ölkədə ilk olaraq üztanıma texnologiyalı eSIM xidmətini təqdim etdi.

Bu xidmət mövcud, eləcə də yeni abunəçilər üçün eSIM nömrəni heç yerə getmədən esim.nar.az səhifəsindən rahat şəkildə əldə etmək imkanı yaradıb.

Plastik SIM kartlardan fərqli olaraq, eSIM nömrənin zədələnməsi, itməsi hallarını və ya dublikatı üçün müştəri xidmətlərinə yaxınlaşma zəruriyyətini aradan qaldırır, eləcə də telefonda bir neçə nömrənin istifadəsini mümkün edir.

Qeyd edək ki, eSIM rəqəmsal texnologiyası Azərbaycanda yalnız 2 mobil operator tərəfindən təqdim olunur.