Helsinki hakimiyyəti SSRİ tərəfindən Finlandiyaya hədiyyə edilmiş "Dünya Sülhü" abidəsini söküb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Moskva abidəni 1989-cu ildə Finlandiya tərəfinə bağışlayıb. Nəşrin məlumatına görə, o, saxlanması üçün başqa yerə köçürüləcək. Avqustun 8-də səhər o, postamentdən çıxarılaraq abidəni Finlandiya paytaxtından aparacaq vasitəyə yüklənib.

Abidənin son taleyi daha sonra həll olunacaq.

Ağarza Elçinoğlu