Solçu partiyaların "Tarixi Pakt" koalisiyasından Kolumbiyanın prezidenti seçilən Qustavo Petro rəsmi olaraq dövlət başçısı vəzifəsinin icrasına başlayıb.

"Unikal" xəbər verir ki, o, Kolumbiyanın solçu partiyanı təmsil edən ilk prezidenti olub.

Yeni dövlət başçısı mərasimin keçirildiyi Boqotadakı Bolivar meydanında deyib: “Allaha and içirəm və xalqa Kolumbiya Konstitusiyasının və qanunlarının müddəalarına sədaqətlə əməl edəcəklərinə söz verirəm”.