Avqustun 6-da saat 17 radələrində Nərimanov rayonu Atatürk prospektində paytaxt sakini A.Bayramov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Səlim Məcidovu vurub.

DİN-dən "Unikal"a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Nərimanov RPİ-də araşdırma aparılır.

***

08:16

Bakı şəhəri Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin şagirdi dünyasını dəyişib.

"Unikal"ın məlumatına görə, məktəbin 3C sinif şagirdi Səlim Məcidli yol qəzasında həlak olub.