Birgə Koordinasiya Mərkəzi avqustun 8-də iki gəmiyə ərzaqla Ukrayna limanlarını tərk etməyə icazə verib.

"Unikal" xəbər veroir ki, bu barədə bazar günü BMT-nin mətbuat xidməti məlumat yayıb.

"Birgə Koordinasiya Mərkəzi bu gün 59 469 ton ərzaq daşıyacaq iki gəmiyə dəniz humanitar dəhlizi ilə çıxmağa icazə verib", - məlumatda deyilir.

BMT-nin məlumatına görə, MV Sacura gəmisi İtaliyaya 11 min ton soya tədarük edəcək. MV Arizona gəmisi isə 48 min 459 ton qarğıdalı ilə Çornomorskdan Türkiyəyə yola düşəcək.

İyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü problemini həll etmək üçün sənədlər paketi imzalanıb.