Meksikanın paytaxtı Mexiko şəhərində metroda qadının ona təcavüz edildiyini deyərək kömək istəməsi zamanı dava düşüb.

"Unikal" xəbər verir ki, dava böyüyüb və qadın təcavüzkarın qulağını qoparıb.

Qatardakı digər sərnişinlərin xəbəri üzərinə çoxlu polis və ilk yardım qrupları hadisə yerinə gəlib. Səlahiyyətlilər qulağı kəsilən təcavüzkara müdaxilə edərək qanaxmanı dayandırıb.

Zərərçəkənin təcavüz edən şəxslə bağlı şikayəti əsasında həmin şəxslər ifadələrinin alınması və barələrində qanuni tədbir görülməsi üçün polis bölməsinə aparılıb.

Hadisə Meksika mətbuatında geniş yer alıb. Bəzi mətbuat orqanları qadının bu hərəkətini 1997-ci ildə ABŞ-lı boksçu Mayk Taysonun rəqibinin qulağını dişləməsi ilə müqayisə edib.