Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyünü dəstəkləməyəcək.

"Unikal" xəbər verir ki, bu barədə “Akit” telekanalının efirində ədliyyə naziri Bəkir Bozdağ deyib.Nazir bildirib ki, İsveç və Finlandiya terrorla mübarizə öhdəliklərini yerinə yetirməyənə qədər ölkəsi NATO üzvlüyünü dəstəkləməyəcək.

“İsveç və Finlandiyaya dəstək məsələsində Türkiyədən müsbət qərar gözləmək lazım deyil”, - deyə Bozdağ bildirib.

O, həmçinin bildirib ki, Ankara hələ də İsveç və Finlandiyadan terror fəaliyyətində iştirak edən şəxslərin ekstradisiyası ilə bağlı müraciətlərə cavab almayıb.

Türkiyə hakimiyyəti bundan əvvəl bəyan etmişdi ki, NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində İsveç və Finlandiya ilə imzalanmış memorandum yekun deyil və Stokholm və Helsinki terror təşkilatlarına qarşı mübarizə üzrə orada nəzərdə tutulan öhdəlikləri yerinə yetirməsə, Türkiyə parlamenti onu təsdiq etməyəcək.