Ermənistanın N saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu Arşaluys Ovannisyan (1976-cı il təvəllüdlü) avqustun 7-də naməlum şəraitdə ölüb.

Bu barədə “Unikal” Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Nazirlik onun ölümünün səbəbini açıqlamayıb. Hərbçinin ölümü ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin edilib.

Eyni zamanda bu gün saat 15:30-da Şirak rayon sakini, 31 yaşlı Azat M. Göyçə (Sevan) gölündə ölüb. Yerli mətbuatın məlumatına görə, o, hərbi qulluqçu imiş.

Faktla bağlı Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinin Geqarkunik qarnizonunun istintaq şöbəsində cinayət işi başlanıb.

Qeyd edək ki, bu, Ermənistan ordusunda son günlər ərzində ikinci müəmmalı hərbçi ölümüdür. Avqustun 4-nə keçən gecə Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin üç aylıq təlim-məşq toplanışının üzvü, sıravi Atom Arutyunyan da naməlum şəraitdə ölüb.