İsrail ordusunun Fələstinin Qəzza zolağında yaşayış məntəqələrini atəşə tutması nəticəsində ölənlərin sayı artıb.

"Unikal" xəbər verir ki, Səhiyyə Nazirliyi 41 nəfərin öldüyünü bildirib.

Onlardan 15-i uşaq və 4-ü qadındır.

311 nəfər isə yaralanıb.

21:43

Bu gün saat 20:00-da İsrail və Fələstin arasında atəşkəs elan ediləcəyini bildirilsə də axşam saatlarında İsrailin Qəzzaya yenidən hava hücumu təşkil etdiyi öyrənilib.

"Unikal" xəbər verir ki, İsrail blokada altındakı Qəzza zolağına hava zərbələrini üçüncü gün davam etdirir.

Qəzzanın Şücayyə mahalına edilən hücum nəticəsində yaralanan uşaqlar müalicə olunmaq üçün Şifa Xəstəxanasına aparılıb.