Tailandın paytaxtı Banqkokda Tailand Energetika Nazirliyinin binasında yanğın baş verib.

"Unikal" xəbər verir ki, binanın 33-cü mərtəbəsində təmir işləri aparılan hissədə baş verib.

Yanğın əraziyə çoxlu sayda yanğınsöndürənlərin göndərilməsi ilə yarım saatlıq işdən sonra nəzarətə götürülüb.