Ermənistan vətəndaşı Vaqe Qambaryan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

“Unikal” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəklərdə paylaşılıb.

Kadrda Qambaryan Ermənistan vətəndaşlığından imtina edərək, Azərbaycan vətəndaşlığını almaq istədiyini, Bakıya gələrək yaxınlarını ziyarət etmək arzusunda olduğunu ifadə edib.

Qambaryan, həmçinin Xankəndində yaşamaq niyyətini də dilə gətirib.

O, Azərbaycan xalqını sevdiyini və hörmət etdiyini bildirib.

Qeyd edək ki, bundan öncə erməni fəal, bloqer İşxan Verdyan da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət hazırlayıb.