Qəzza zolağında atəşkəs bazar günü, avqustun 7-də yerli vaxtla saat 20:00-da qüvvəyə minəcək.

"Unikal" xəbər verir ki, bu barədə Fələstin rəsmisinə istinadən Reuters agentliyi məlumat yayıb.

Bundan əvvəl agentlik İsrailin vasitəçi qismində Misirdən gələn atəşkəs təklifi ilə razılaşdığını bildirmişdi.

Bundan əvvəl Misir və İsrailin Yaxın Şərqdə sülhün bərqərar olması üçün bir sıra çoxtərəfli görüşlərin keçirilməsi barədə razılığa gəldiyi bildirilib.

Qeyd edək ki, iyunun 24-də İordan çayının qərb sahilində İsrail hərbçiləri ilə toqquşmalarda 130-dan çox fələstinlinin yaralandığı bildirilib .Aprelin 22-də Fələstin münaqişənin kəskinləşməsi səbəbindən İsraillə koordinasiyadan imtina etməklə hədələyib .