Böyük Britaniyada sakinlərə su qıtlığının qarşısını almaq üçün duş qəbulunu ən azı bir dəqiqə azaltmaq tövsiyə olunub.

"Unikal" xəbər verir ki, bu barədə krallığın su təchizatı şirkətlərindəki mənbələrə istinadən “The Sunday Times” qəzeti yazıb.

“Siyasi baxımdan bu, ən azı qısa müddətdə populyar olmaya bilər, lakin biz sadə seçim qarşısındayıq – ya infrastruktura bir milyard funt sterlinq xərclə, ya da insanlardan duşda bir dəqiqə daha az vaxt keçirmələrini xahiş et”.

Qeyd olunur ki, hökumət proqramı çərçivəsində hər bir britaniyalı 2050-ci ilə qədər gündəlik su istifadəsini gündə 145 litrdən 110 litrə endirməlidir.

Bildirilir ki, ekspertlərin proqnozlarına görə, 25 ildən sonra Böyük Britaniyada əhalinin su ilə təminatı üçün gündə əlavə 4 milyard litr suya ehtiyac yaranacaq.