Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış olub.

"Unikal" xəbər verir ki, bu barədə “Amad News” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, hadisə Kabilin 5-ci məhəlləsində baş verib. Partlayışın səbəbləri və zərərçəkənlər barədə hələlik məlumat verilməyib.

Məlumata görə, “Taliban” hərəkatının nümayəndələri insidentlə bağlı şərh verməyiblər.