Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 42 200 hərbçisi məhv edilib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusunun digər döyüş itkiləri 1805 tank, 4055 zirehli döyüş maşını, 958 artilleriya sistemi, 260 reaktiv yaylım atəşi sistemi, 132 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 750 PUA, 182 qanadlı raket, 15 gəmi, 2978 avtomobil texnikası və avtosistern, 86 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya bu il fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.